Media Qrupunun “Biznes dünyası” rubrikasının bu dəfəki qonağı RD Cosmetics mağazasının rəhbəri İRADƏ xanımdır.
Xoş gördük, İradə xanım! Lütfən əvvəlcə oxucularımıza özünüz barədə qısa da olsa məlumat verəsiniz!
– Təşəkkür edirəm! Mən İradə Keleş, dəriyə qulluq üzrə mütəxəssis, RD Cosmetics mağazasının rəhbəri və eyni zamanda FoodPacking MMC-nin idarəçisiyəm. Uzun illərdir kosmetika sahəsində fəaliyyət göstərirəm. Bu sahəyə olan marağım həm şəxsi ehtiyacdan, həm də qadınlara özlərini daha yaxşı hiss etdirəcək düzgün qulluq vasitələrini təqdim etmək istəyindən yaranır.
Hazırda biznes sektorunda fəaliyyət göstərirsiniz. Necə oldu ki, bizneslə məşğul olmağa qərar verdiniz?
Əvvəlcə bu sahəyə şəxsi maraqla başladım. Daha sonra gördüm ki, ətrafımda bir çox insan düzgün məhsul seçimi və dəriyə qulluqla bağlı çətinlik çəkir. Bu ehtiyacdan doğan motivasiya ilə biznesə başladım. İllər ərzində həm özümü inkişaf etdirdim, həm də müştərilərimə real fayda verə biləcək bir sistem qurmağa çalışdım.
Zəhmət olmasa, RD Kosmetika şirkətinin özəlliyi ilə bağlı fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə, sizcə kosmetikasevərlər nə üçün RD Cosmetics məhsullarını seçməlidirlər?
RD Cosmetics sadəcə satış nöqtəsi deyil, eyni zamanda maarifləndirici bir platformadır. Biz müştərilərə dərilərinin ehtiyaclarını anlamağa, düzgün məhsulu seçməyə və istifadə qaydaları ilə bağlı doğru istiqamət almağa kömək edirik. Mağazamızda yalnız dermatoloji cəhətdən təsdiqlənmiş, etibarlı və effektiv markalar – Trimay, VT Cosmetics, Roda Roji və Zaroza təqdim olunur. Bizim əsas fərqimiz – fərdi yanaşma, dürüst məsləhət və satış sonrası dəstəkdir.
Hazırda Azərbaycanda kosmetik məhsullar bazarında vəziyyət necədir? Başlıca problemlər nələrdir?
Azərbaycanda kosmetika bazarı dinamik inkişaf etsə də, bəzi problemlər mövcuddur. Ən başlıcası, saxta və ya keyfiyyətsiz məhsulların bazarda geniş yayılmasıdır. Eyni zamanda, düzgün istifadə və tərkib seçimi ilə bağlı maariflənmənin azlığı da bir problemdir. İnsanlar çox zaman sosial şəbəkələrdə gördükləri tövsiyələrlə məhsul alırlar, lakin bu onların dərisinə uyğun olmaya bilər. Biz isə məhz bu boşluğu doldurmaq üçün fəaliyyət göstəririk.
Yaxın gələcəkdə bu sahədə yeni layihə yaxud planlarınız varmı? Müştərilərinizi məmnun etmək üçün nələr düşünürsünüz?
Bəli, bir neçə vacib planımız var. Ən yaxın hədəfimiz Qazaxıstanda keçiriləcək beynəlxalq kosmetika sərgisində iştirak etməkdir. Orada ən yeni və innovativ məhsullarla tanış olub, onları Azərbaycan bazarına gətirməyi planlaşdırırıq.
Bundan əlavə, artıq fəaliyyət göstərən https://iradakelesh.com/ saytımız vasitəsilə qadınlar rahatlıqla onlayn şəkildə müayinəyə müraciət edə və dərilərinin ehtiyaclarını öyrənə bilərlər. Bu platforma həm rahatlıq, həm də dəqiq qulluq seçimi imkanı yaradır. Məqsədimiz – hər bir müştərinin öz dərisinə uyğun, güvənli və effektiv məhsullara çıxışını təmin etməkdir.
SONDA dəyərli ziyalı, dəriyə qulluq üzrə mütəxəssis və RD COSMETICS brendinin təsisçisisi İRADƏ XANIMA işlərində uğurlar və gələcəkdə daha çox nailiyyətlər əldə etməyini arzu edirik:
RD COSMETICS MAĞAZASININ,HƏMÇİNİN İRADƏ XANIMIN İNSTAGRAM SƏHİFƏLƏRİNİN LİNKLƏRİNİ DƏ OXCULAR VƏ MÜŞTƏRİLƏR ÜÇÜN TƏQDİM EDİRİK:
https://www.instagram.com/rdcosmetics.az?igsh=YTV1azZlM25xcGhs
https://www.instagram.com/irada.kelesh?igsh=dnhlZHZscGdzNjd