AZ

BSU-da Ümummilli Liderin xatirəsinə həsr olunan XVI Beynəlxalq Elmi Konfrans keçirilib

Bu gün Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: Yeni dövrün Azərbaycanı” mövzusunda XVI Beynəlxalq Elmi Konfrans keçirilib.

Azərbaycanşünaslıq sahəsində aparıcı mütəxəssislərin, millət vəkillərinin, eləcə də müxtəlif ölkələrdən dəvət olunmuş alimlərin iştirakı ilə baş tutan bu beynəlxalq tədbir Azərbaycan Respublikasının milli irsinin, tarixinin, geosiyasi mövqeyinin, mədəni və ictimai-siyasi inkişafının müxtəlif aspektlərinin elmi müstəvidə geniş şəkildə müzakirəsi üçün platforma rolunu oynayıb.

Konfransın əsas məqsədi Azərbaycanın elmi potensialının beynəlxalq miqyasda tanıdılması və bu sahədə aparılan tədqiqatların qlobal elmi diskurslara inteqrasiyasına töhfə verməkdir.

Nigar Orucova, “İki sahil”

Seçilən
0
ikisahil.az

1Mənbələr