Son dövrlərdə Hollivud ulduzları arasında sürətlə yayılan “Renuva” adlı estetik prosedur dünya mediasının və ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Lindsay Lohan, Kristina Aquilera və Anne Hazavey kimi tanınmış simaların istifadə etdiyi bu üsul qeyri-adi tərkibinə görə geniş müzakirələrə səbəb olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ənənəvi dolğulara alternativ kimi təqdim olunan “Renuva”, ölmüş insanlardan alınan piy toxumasının xüsusi üsullarla sterilizə edilməsi nəticəsində əldə olunur və cərrahi müdaxilə tələb etmədən bədənə yeridilir.
Maddə yeridildiyi zaman yeni piy hüceyrələrinin yaranmasını stimullaşdırır və bədən zamanla həmin sahəni öz hüceyrələri ilə yenidən qurur.
Rəsmi mənbələrin məlumatına görə, bu texnika hazırda Hollivud ulduzları arasında məşhurlaşır. Məşhur aktrisa Lindsay Lohanın televiziya proqramında görünüşü sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər onun üzündəki dəyişikliklərin “Renuva” proseduru nəticəsində əldə edildiyini iddia ediblər.
“Renuva” proseduruna yalnız məşhurlar deyil, sıravi vətəndaşlar da müraciət edir. ABŞ-nin Nyu-York şəhərində yaşayan 67 yaşlı incəsənən müəllimi Dianne Stasi bildirib ki, əvvəllər istifadə etdiyi dolğular 4-6 ay təsirli olurdu, lakin “Renuva”nın illərlə təsir göstərdiyi qeyd olunur.
“Renuva” yalnız üz üçün deyil, o, həm də boyun, əl və qeyri-cərrahi ayaq formalaşdırılması kimi sahələrdə də istifadə olunur. Maddənin ölü insan toxumasından hazırlanması etik narahatlıqlar doğursa da, istifadəçilər bunu “bir növ tibbi transplantasiya” kimi qəbul edirlər.
Bəsti Rəfizadə
Sfera.az