AZ

Azərbaycan Hindistanı Pakistana qarşı təcavüzə görə qınayır

Azərbaycan Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı narahatlığını ifadə edir.

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanın Pakistana mülki şəxslərin ölümü və yaralanması ilə nəticələnən hücumunu pisləyir.

"Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - XİN-in bəyanatında deyilir.

Qeyd edək ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda mülki infrastruktura zərbələr endirib. Pakistandakı zərbələr nəticəsində 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Pakistan Hindistanın hərəkətlərinə cavab verib. O cümlədən, 5 Hindistan qırıcısı vurulub.

Oxuməni.az

Seçilən
0
oxumeni.az

1Mənbələr