Müharibə GƏRGİNLƏŞİR: Pakistan oraya da HÜCUM ETDİ
Ajans.az “Dawn”a istinadən xəbər verir ki, bunu Pakistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin direktoru general Əhməd Çauxdri deyib. “Pakistan ordusu Hindistanın təcavüzünə tam cavab verib və Hindistan Silahlı Qüvvələrinin briqadasının batalyonunun qərargahını məhv edib, oradan Hindistan hərbçilərinin Kəşmirdə Nəzarət Xəttində atəşkəsi pozması koordinasiya edilib”. Generalın sözlərinə görə, Pakistan Kəşmirin Çhatri, Jura və Sarlia rayonlarında Hindistanın bir neçə hərbi postuna zərbələr endirib və Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 döyüş təyyarəsini vurub.