AZ

Klub nümayəndəsi və baş məşqçiyə 5 matçlıq sanksiya – AFFA-dan

AFFA Region Liqasında çıxış edən “Çinar Zəngilan”ın nümayəndəsi Anar Dünyamalıyevi cəzalandırıb.

Msport.az xəbər verir ki, buna səbəb onun “Xankəndi” ilə oyun bitdikdən sonra adı protokolda olmadığı halda rəqib oyunçunu təhqir etməsi olub.

Həmin görüşdə qırmızı vərəqə alan “Çinar Zənginlan”ın rəsmisi 5 matçlıq cəzalandırılıb.

AFFA U-10 Liqasında çıxış edən “Qarabağ” komandasının isə baş məşqçisi Şöhrət Yusifov “Azərbaycan Qartalları” ilə matçda hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələr işlətdiyinə görə, eyni diskvalifikasiyaya məruz qalıb.

Seçilən
0
msport.az

1Mənbələr