AZ

Ankaradan Hindistan-Pakistan gərginliyinə reaksiya

Hindistanın Pakistana ötən gecə baş tutan hücumu hərtərəfli müharibə riski yaradıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Türkiyə olaraq mülki şəxsləri, eyni zamanda infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik. Biz Pakistanın aprelin 22-də baş verən terror aktı ilə bağlı təhqiqat tələbini dəstəkləyirik”, - bəyanatda bildirilib.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.

Seçilən
0
7
axar.az

8Mənbələr