1962-ci il təvəllüdlü kişilər pensiyalarını yalnız 2026-cı ildə ala biləcəklər, 1967-ci il təvəllüdlü qadınlar isə əvvəllər gözləniləndən üç il artıq gözləməli olacaqlar.
News24.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, 1970-ci illərdə doğulanlar üçün pensiya daha da gecikir, 2030-cu illərə yaxınlaşır.
Bununla belə, bir şəxsin uzun müddət əmək stajı varsa, daha tez pensiyaya çıxmaq mümkündür. 42 il işləyən kişilərin 65 deyil, 60 yaşında pensiyaya çıxmaq hüququ var. 37 il iş stajı olan qadınlar 60 deyil, 55 yaşında pensiyaya çıxa bilər.
Təhlükəli iş şəraitində işləyənlər üçün güzəştli şərtlər var - məsələn, mədənçilər, metallurqlar, yük maşını sürücüləri. Onlar lazımi xüsusi iş stajına malik olmaq şərti ilə 45-50 yaş arasında pensiyaya çıxa bilərlər.
Aqil