AZ

İstanbul zəlzələsi bölgədəki təhlükəni artırır: Enerjinin yalnız 12 faizi boşaldı

İstanbul Texniki Universitetinin alimləri 23 aprel 2025-ci ildə Silivridə baş verən 6,2 bal gücündəki zəlzələ ilə bağlı hazırladıqları hesabatda, bu təkanın bölgədə yığılan seysmik enerjinin cəmi 12 faizini boşaltdığını bildiriblər.

Far.Az xəbər verir ki, mütəxəssislərə görə, bu, böyük bir zəlzələnin hələ də baş vermə riskininin olduğunu göstərir.

Zəlzələnin yalnız Kumburqazın kiçik bir hissəsində baş verdiyi, böyük hissəsinin isə hələ də aktiv olduğu qeyd olunur. Professor Cenk Yaltırak zəlzələlərin ardıcıl fay qırılmaları ilə daha dağıdıcı ola biləcəyini xatırladaraq, Marmara bölgəsində 7,8 bal gücündə zəlzələ ehtimalının real və elmi əsaslara dayandığını bildirib.

Mütəxəssislər, şəhərlərin ən pis ssenariyə uyğun hazırlanmasının həyati önəm daşıdığını vurğulayırlar.

Seçilən
0
far.az

1Mənbələr