AZ

Timsah hücumuna məruz qalan qadın həyatını itirdi

ABŞ-nin Florida ştatında dərədə bir qadın timsah hücumuna məruz qalıb və həyatını itirib.

BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, hadisə Kissimmee gölünə tökülən Tiger dərəsində baş verib. Günorta saatlarında hücuma məruz qalan qadın suya düşdükdən sonra bir daha görünməyib. Onun meyiti bir müddət sonra yaxınlıqda tapılıb.

Məlumata görə, əraziyə timsah ovçusu göndərilsə də, hücuma səbəb olan heyvan hələ tapılmayıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Seçilən
0
far.az

1Mənbələr