Dövlət Gömrük Komitəsi və Dövlət Gömrük Komitəsi yanında İctimai Şura yeni layihəyəyə start verib. Vətəninfo.az xəbər verir ki, bu gündən başlayaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərdən istifadə edən vətəndaşların məmnunluq səviyyəsini öyrənmək və bu sahədə təkmilləşdirmələr üçün əsaslı məlumat əldə etmək üçün Dövlət Gömrük Komitəsi yanında İctimai Şura , Hava Nəqliyyatında Baş Gömrük idarəsinin əməkdaşları və Gömrük Komitəsinin könüllüləri ilə birlikdə sorğulara start verilib. Bu barədə saytımıza açıqlamasında Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev məlumat verib.
Ramil Əliyev bildirib ki, bu gündən başlayaraq sorğular 3 gün davam edəcək və sorğu mayın 9-da başa çatacaq.
“Hava Limanında yaşıl kanal və qırmızı kanaldan keçən sərnişinlərin hər biri ilə sorğu keçiriləcək. Ümid edirəm ki, keçrilən sorğuda toplanan məlumatlar vətəndaş məmlunluğunun artırılmasına töhvə verəcək.”- deyə Ramil Əliyev bildirib.