AZ

Rauf Məmmədov dünya çempionatında - “Freedom”un heyətində

Azərbaycan şahmatçısı Rauf Məmmədov rapid və blits üzrə komandalararası dünya çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz Böyuk Britaniyanın paytaxtı Londonda təşkil olunacaq yarışda “Freedom” komandasında yer alacaq.

Qrosmeysterimizlə eyni komandada Vişvanatan Anand (Hindistan), Le Kuanq Lyom (Çin), Emil Sutovski (İsrail), Anna Muzıçuk (Ukrayna), Samuel Sevian (ABŞ), Aleksey Sarana (Rusiya), Haik Martirosyan (Ermənistan), Sarbarto Mani (Hindistan) və Teodora İnyaç (Serbiya) yer alıblar. Onlar həm rapid, həm blitsdə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionat iyunun 10-dan 16-dək təşkil olunacaq.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr