Ajans.az xəbər verir ki, 48 yaşlı kişi 100 metr hündürlükdən yıxılaraq ölüb. Qəza bazar günü səhər tezdən Las Kanterasın La Puntilla bölgəsində baş verib. “Daily Mail” təfərrüatları yayımlayıb. Adalarda yaşayan bir adam dramatik şəkil çəkdirmək üçün otelin dam terrasının məhəccərinə çıxıb. O, müvazinətini itirərək sahilə yıxılıb. Hadisə gecə saat 1:30 radələrində baş verib, xilasedicilər hadisə yerinə gəlsələr də, şəxsi xilas edə bilməyiblər - o, yerindəcə keçinib. Faciə zamanı onun dostu yaxınlıqda olub.