AZ

"Real Madrid"in Ançelottinin gedişini elan edəcəyi tarix bilindi - SON DURUM

"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid klubu ilə müqaviləni ləğv etmək üçün razılığa gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Xəbərə görə, artıq tərəflər bütün detalları razılaşdırıblar. Anons mayın 11-də baş tutacaq "Barselona" ilə "El Klasiko"dan sonra, mayın 14-də "Malyorka"yla oyun ərəfəsində veriləcək. 

İtaliyalı mütəxəssisin Braziliya millisinə rəhbərlik edəcəyi bildirilir.

"Kral klubu"nu çalışdıracaq mütəxəssislər arasında "Bayer"in baş məşqçisi Xabi Alonso, həmçinin Santyaqo Solari və Raul Qonzales var.

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr