AZ

Bəndər Abbasdakı partlayışdan sonra onlarla insan görmə qabiliyyətini itirib - FOTO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışdan sonra 30-dan çox insan görmə qabiliyyətini itirib.
 
"Azad İran" "Telegram" kanalı bu "Hammihan Online"a istinadən məlumat yayıb.
 
Məlumata görə, xəsarət alanların əksəriyyəti limandakı işçilər, xilasedicilər, eləcə də partlayışdan sonra hadisə yerinə gələn könüllülərdir.
 
Qeyd olunub ki, partlayışdan 10 günə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də cavabdeh qurumlar tərəfindən yaralılar barədə dəqiq statistika açıqlanmayıb, eyni zamanda, gözündən xəsarət alan insanların sayının artması ehtimalı var.

Seçilən
0
moderator.az

1Mənbələr