Hindistanın Pakistan ərazilərinə raket hücumu ilə başlayan müharibəsi mahiyyət etibarilə dünyanın digər regionlarından gedən proseslərdən fərqlənmir. Yeni dünya düzənində bütün ərazi problemi olan dövlətlər kimi Hindistan və Pakistan da mübahisəli ərazi problemini həll etməyə cəhd edirlər.
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, Böyük Britaniya imperiyasının geri çəkilməsindən sonra dünyanın bir çox yerlərində yaratdığı münaqişə ocaqları yeni dünya düzəni qurulması fonunda ölkələrə bu şansdan istifadə edib ərazi mübahisəsi məsələsinə son qoymaq üçün imkan yaradır:
"Müxtəlif bəhanələrlə özünü güclü hesab edən ölkə digər ölkəyə hücum edir. Hindistan və Pakistan da eyni məqsədlə qarşı-qarşıya gəlib. Başlayan müharibənin uzunmüddətli olma ehtimalı çox olmasa da, qəti addımlar atan ölkənin qalib gəlmə ehtimalı böyükdür. Təbii ki, Azərbaycan Pakistanın yanındadır. Onun qələbə qalmasını istəyir. İki nüvə silahına sahib olan dövlətin bir-birinə qalib gəlməsi çətin görünsə də keçmiş praktikaları nəzərə alaraq demək olar ki, müharibənin nəticəsini əlində daha müasir silah növləri olan ölkə qazanacaq. Pakistana Türkiyənin hərbi dəstəyini nəzərə alsaq, çünki Hindistan tərəfi bundan çox qorxub, İsıamabadın daha müasir silahlarla sahib olduğu bəlli olur. Hesab edirəm ki, Pakistanın Hindistan üzərində ciddi şəkildə qələbə qazanmaq şansları böyük olmasa da, Hindistan qarşısında zəif durumda da görünməyəcək".
Süleyman