Ermənistanda Antikorrupsiya Komitəsinin Eçmiədzində (Üçkilsə) keçirdiyi əməliyyat nəticədə doqquz polis əməkdaşı saxlanılıb.
Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Tutulan polis əməkdaşları cinayətlərin gizlədilməsi və vəzifə saxtakarlığında ittiham olunurlar.
Digər detallar istintaqın gedişi baxımından açıqlanmır.