"Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyirik".
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
"Ötən gecə Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik.
Biz tərəfləri sağlam düşüncəyə malik olmağa və birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq. Ümid edirik ki, bölgədəki gərginliyi azaltmaq üçün ən qısa zamanda lazımi tədbirlər görüləcək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılacaq. Biz Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyirik"- məlumatda qeyd olunub.