Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb.
Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.
Nazirliyin Pakistan və Hindistan arasında yaşanan son hadisələrlə bağlı yaydığı bəyanatda bildirilib ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələrin narahatlıqla izləyir: “Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik”.
Tərəfləri sağlam düşüncəyə malik olmağa və birtərəfli hərəkətlərdən çəkinməyə çağıran bəyanatda bildirlib ki, Türkiyə bölgədəki gərginliyi azaltmaq üçün ən qısa zamanda lazımi tədbirlər görüləcək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılmasına ümid edri: “Biz Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyirik”.