AFFA U-15 Liqasında mayın 3-də keçirilən "Neftçi" - "Zirə" matçında xoşagəlməz hallar yaşanıb.

Offsideplus.az xəbər verir ki, qonaqların baş məşqçisi Natiq Kərimi meydançaya daxil olaraq hakimin qərarına etiraz edib. Görüşün baş hakimi onu qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıb. AFFA İntizam Komitəsi bu hərəkətinə görə N.Kərimini 2 oyunluq cəzalandırıb.

Oyun başa çatdıqdan sonra "Zirə"nin azarkeşləri hakimlərin üzərinə hücum çəkiblər, onun ünvanına təhqiredici ifadələr səsləndiriblər. AFFA buna görə kluba xəbərdarlıq edib.