Almaniyanın “Bayer Leverkuzen” klubunun 22 yaşlı ulduzu Floriyan Virtz 2 Avropa klubunun transfer təklifinə mənfi cavab verib. Yarımmüdafiəçiyə elçi düşən komandalar İspaniyadan “Real Madrid” və İngiltərədən “Mançester Siti”dir.
Yenisabah.az xəbər verir ki, Virtz transfer olmaq istədiyi klubun adını da açıqlayıb. Alman ulduz uşaqlıq arzusunun “Bavariya”da oynamaq olduğunu deyib.
Lakin leverkuzenlilər Virtzi münhenlilərə satmaq istəmir. Bundesliqa rəhbərliyi isə çempionatdakı rəqabəti artırmaq üçün “Bavariya”nın yerli klublardan transfer həmlələrini məhdudlaşdırmağı planlaşdırır.
Telegram kanalımız