Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Vasif Məhərrəmlinin onun haqqında dediyi "Layiq olduğu yerdə deyil. Onun səsi Çindən, Rusiyadan gəlməli idi" sözlərinə cavab verib.
Ölkə.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində V.Məhərrəmlinin ünvanına sərt sözlər deyib. O bildirib ki, həmkarının onun haqqında dedikləri xoşuna gəlməyib:
"Elə bir sənətkaram ki, tərifdən zəhləm gedir. Özümü tərifləmək olmayıb. Kimsə edəndə də demişəm lazım deyil. Zəif biri sənətimi yorumlaya bilməz. Necə ki, Vasif edə bilmədi. Mənim sənətimi Elza Seyidcahan müzakirə edə bilər. Onun qanından musiqi axır. Vasifin o sözü xoş gəlmədi ki, həyatımdan kifayətlənmişəm. Onu həyatı puç olana deyərlər. Təkcə "Bayati şiraz" ifamı 48 dövlət tanıyır. Mənim sənətim ya Vasif Məhərrəmliyə çatmayıb, ya da məni çəkə bilmir. Vasifə demək istəyirəm ki, yatmısan fil qulağında. Mənim səsim Hollivuddan, Çindən və Moskvadan gəlir. Bilmədiyin nəyəsə fikir bildirmə. Toylar var ki, qurbanı gəlin yox, mənim qarşımda kəsirlər".
Studiyaya zəng edən V.Məhərrəmli "Nə demişəm? Demişəm, onu daha böyük zirvədə görmək istəyirəm. Sən səhv başa düşürsən. Demişəm ki, bu səslə Amerika, Avropa səhnələrində oxumalıdır" sözlərinə T.Şahmalıoğlu "Tacirin fəth elədiyi zirvəni heç kim etməyib. Sən hansı səviyyədən, zirvədən danışırsan? Amerikada nə işim var. Azərbaycan dilində oxuyuram. Sən fil qulağında yatmısan, mahnımı dünya dinləyir" cavabını verib.