BAKI, 7 may. TELEQRAF
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraqAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunun Pirallahı qəsəbəsində Mətbuat küçəsinin əsaslı təmiri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə 435 metr uzunluğa malik küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir. Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur