AZ

11 yaşlı qıza qeyri-etik hərəkətlər edən ilahiyyatçı həbs olundu

Abşeron rayon Məhkəməsində 11 yaşlı qıza qarşı seksual hərəkətlər edən Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən Hacı Salman 3 il 9 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 22-də Masazır kəndi ərazisində qeydə alınıb. İlahiyyatçı olduğu bildirilən Hacı Salman 11 yaşlı qızı küçədə maşınına çağırıb və ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu anlar hadisə kameraya düşüb və qızın ailə üzvlərinin polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Milli.Az

Seçilən
0
16
milli.az

10Mənbələr