Roma, 7 may, AZƏRTAC
İtaliya Hərbi Hava Qüvvələrinin milli akrobatika komandasına məxsus təyyarələr qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, “Frecce Tricolori” akrobatika komandasına məxsus “MB-339” tipli 3 təyyarə Pantelleriya adasında keçirilən uçuş zamanı havada toqquşub. Qəzadan sonra təyyarələr təcili eniş edib. Təyyarələrdən biri uçuş-enmə zolağından çıxıb.
İki pilot qəza nəticəsində xəsarət almayıb, biri isə ayağının sınığı şübhəsi ilə xəstəxanaya aparılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma