AzVision.az xəbər verir ki, Amerika lideri jurnalistlərlə keçirdiyi mətbuat konfransında belə açıqlama səsləndirib.
“Düşünürəm ki, indi Rusiyanı geri qaytarmaq üçün münasib vaxt deyil. Xeyr, indi heç uyğun vaxt deyil. Biz o fürsəti əldən verdik, elə deyilmi? Bəzi insanların daha bir gözəl qərarını da əldən verdik”,- Donald Tramp vurğulayıb.
Fevralın ortalarında Tramp Rusiyanın G8-dən çıxarılmasını səhv adlandırmışdı. Moskva 2014-cü ildə Krımın ilhaqından sonra G8 klubundan qovulub. Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-nin iştirakı ilə G8 əvvəlki kimi G7 formatına qayıtdı.
Maraqlıdır ki, 2020-ci ildə Tramp “X” sosial şəbəkəsində Vaşinqtonun bir vaxtlar Rusiyanı “Böyük Səkkzilik”dən çıxarmaqda israr etdiyini yazmışdı. Çünki Moskva xarici siyasət arenasında ABŞ-nin o vaxtkı prezidenti Barak Obamanı faktiki olaraq tamamilə üstələmişdi. Amerika liderinin, həmin illərdə ABŞ hər şeydə zəif idi, xüsusilə də Rusiyaya münasibətdə.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta