Müasir dövrdə tibb nə qədər inkişaf etsə də, xərçəng xəstəliyi artmaqda davam edir. Bu xəstəliyin çarəsinin tapılması istiqamətində müxtəlif araşdırmalar aparılır. Amma, təəssüflər olsun ki, hələ də xərçəngin tam şəkildə çarəsi tapılmayıb.
Araşdırmalara görə dünyanın bir çox inkişaf etmiş ölkələrində xərçəng xəstəliyindən insanlar müalicələr vasitəsilə xilas olur. Məsələn xərçəng xəstəliyinin çox yayıldığı İspaniyada bu xəstəlikdən əziyyət çəkən uşaqların 77 faizi sağalır.
Dünya statistikasına nəzər salsaq, Danimarka, İrlandiya, Belçika xərçəng xəstələrinin sayına görə ilk üçlükdə qərarlaşır.
Bəs xərçəngin müalicəsi niyə tapılmır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən professor, tibb-eksperti Adil Qeybulla bildirib ki, xərçəng xəstəliyinin baş vermə səbəbi ekspogen və endogen amilləri ilə bağlıdır:
“Bu amillərə daha çox hansı ölkədə əməl edilirsə, orda da xərçəng xəstəliyi az olur. Digər tərəfdən xərçəng yoluxucu xəstəlik deyil ki, ondan çıxış yolu, müalicəsi tapılsın. Nə qədər canlı orqanizm var, xərçəng də var. Nə qədər ki, insan amili mövcuddur, o qədər də bu xəstəlik olacaq.
Düzdür, xərçəngə tutulan xəstələrin ömrünü zaman-zaman uzada biləcəklər. Ancaq, elə bir dərman mövcud ola bilməz ki, insanlar onu qəbul edib, bu xəstəliyə yoluxmasınlar”, - deyə professor diqqətə çatdırıb.
Aygün Hüseyn, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta