Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə orta ümumtəhsil məktəbləri arasında badminton üzrə Bakı şəhər turniri keçirilib.
İdman.biz xəbər verir ki, Bakı şəhərinin 12 rayonunu əhatə edən yarışda ümumilikdə 250 şagird iştirak edib.
Yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarışın qalib komandaları:
1. Xətai rayon 260 saylı məktəb
2. Binəqədi rayonu 276 saylı məktəb
3. Sabunçu rayonu 94 saylı məktəb
3. Xəzər rayonu 123 saylı məktəb
İdamn.biz