AZ

Politoloq: Dünya birliyi Hindistan və Pakistan arasında gərginliyin azaldılmasına cəlb olunmayıb

Pakistan və Hindistan xarici siyasətdə praqmatik yanaşmaya malik ölkələrdir.

Bu barədə “Report”a açıqlamasında pakistanlı politoloq Basim Reza bildirib.

Onun sözlərinə görə, bu da İslamabad və Delhi arasında nüvə münaqişəsindən qaçmağa ümid verir.

Politoloq hesab edir ki, Hindistan KİV-i münaqişənin eskalasiyası ideyasını təşviq edərək, ictimai əhvali-ruhiyyəyə fəal şəkildə təsir göstərməyə çalışır: "Gərginliyin artmasına səbəb olan narahatedici amillərdən biri xüsusilə Hindistan KİV-lərində "cəza" tədbirləri görməyə təhrik edən çağırşların" olmasıdır".

O əlavə edib ki, belə emosional yüklü mühit təhlükəlidir və son dərəcə ehtiyatlı olmağı tələb edir, çünki "iki nüvə dövləti arasındakı münasibətlərdə hər hansı yanlış addım təkcə Asiyada deyil, bütün dünyada dağıdıcı nəticələrə səbəb ola bilər".

Politoloqun fikrincə, ancaq hər iki tərəf nüvə eskalasiyası yolu ilə getməmək üçün kifayət qədər praqmatikdir: "Bununla belə, nüvə silahına malik dövlətlərlə bağlı vəziyyətdə onun istifadəsi ehtimalını heç vaxt tam istisna etmək olmaz".

O vurğulayıb ki, Hindistanın hərəkətləri və bəyanatları yalnız odun üstünə yağ səpir.

Məlumat yenilənir

Seçilən
0
report.az

1Mənbələr