AFFA İntizam Komitəsinin bugünkü iclasında "Qarabağ"la bağlı sərt qərarlar qəbul edib.

Offsideplus.az xəbər verir ki, buna səbəb Ağdam klubunun AFFA U-10 Liqasında "Azərbaycan Qartalları"na qarşı keçirilən oyununda yaşanan hadisələr olub. 

Belə ki, "Qarabağ"ın baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz edib, qeyri-etik ifadələr işlədib. O, qırmızı vərəqə aldığına görə 5 oyun diskvalifikasiyaya məruz qalıb.

Qarşılaşma bitdikdən sonra "Qarabağ"ın azarkeşləri hakimlərin ünvanına təhqiredici ifadələr səsləndiriblər. Bunu nəzərə alan AFFA komandaya xəbərdarlıq edib.