Əfsanəvi fransız baş məşqçi Arsen Venger İngiltərə Premyer Liqasında cari mövsümü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "beIN Sports" "Arsenal"ın keçmiş baş məşqçisinin fikirlərini belə təqdim edib:
"Premyer Liqa üçün yaxşı mövsüm idi? Mən deyərdim ki, yox. "Mançester Siti" mübarizə apara bilmədi. "Arsenal" da mühüm məqamda tempdən düşdü. "Liverpul" çox erkən uzaqlaşdı və çempion oldu.
Premyer Liqada qalmaq uğrunda mübarizədə də intriqa olmadı. “Sauthempton”, “Lester” və “İpsviç”in vaxtından əvvəl Çempionşipə düşməsi rəqabətin olmamasından xəbər verir. Mən heç vaxt "Sanderlend" kimi mövsümün sonunda cəmi 11 xal toplayan komanda görməmişəm. Bu, getdikcə böyüyən böyük fərqi göstərir".
Mirağa