AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən Rusiyanın “Mash” teleqramının iddiasına görə, Ukrayna Silahlı qüvvələri (USQ) Moskvada PUA-ların zərbələri vasitəsilə “daha ciddi təxribatlar” hazırlayır. Onlara cavabın ciddi olacağı və yəqin ki, Kiyevə birbaşa təsir edəcəyi bildirilir.
- “Mash” telegram-kanalına məlum olduğuna görə,Vladimir Putin Rusiyanın Müdafiə nazirliyinə Kiyevdə “Oreşnik” raketi ilə vurulacaq hədəfləri müəyyən etməyi tapşırıb. Görünür, atəşkəs olmayacaq”, - məlumatda vurğulanır.
Rusiya mətbuatı yazır ki, Kreml Ukrayna PUA-larının Moskva və bir sıra digər regionlara hücumlarını davam etdirməsindən narazıdır. Bununla bağlı Putin “qətiyyətli cavab” verməyi nəzərdən keçirir.
Ukrayna prezidentinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç, öz növbəsində, Ukraynanın mayın 9-da Moskvaya mümkün zərbəsinin Volodimir Zelenskinin əvvəllər eyham vurduğu “sülh yolunun” sonu demək olduğunu söyləyib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta