AZ

Ronaldonun sərxoş görüntüləri gündəm oldu: Azarkeşlər qəzəbləndi

İkiqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo Nazario Madriddə restorandan sərxoş halda çıxarkən görüntülənib.

Publika.az xəbər verir ki, 48 yaşlı veteran futbolçunun videosu sosial şəbəkələrdə sürətlə yayılıb.

Sahibi olduğu “Valyadolid”in uğursuz çıxış fonunda belə bir hadisənin yaşanması klub azarkeşlərini qəzəbləndirib. Onlar Ronaldonu tənqid ediblər, artıq klubun sahibinin dəyişməsinin vacibliyini vurğulayıblar.

Nazarionun sahibi və prezidenti olduğu klub son turda “Barselona”ya 1:2 hesabı ilə uduzaraq ardıcıl səkkizinci məğlubiyyətini alıb. Bu, klubun 100 illik tarixində ilk belə seriyadır. Bundan əlavə, “Valyadolid” mövsümü sonuncu pillədə başa vuraraq Sequndaya düşüb.

Seçilən
0
publika.az

1Mənbələr