Kənd təsərrüfatı sahəsi rayonun iqtisadiyyatında mühüm yer tutur. Aqroiqlim xüsusiyyətinə görə, rayon münbit torpaqlara və mülayim iqlim şəraitinə malikdir ki, bu da kənd təsərrüfatının inkişafına əlverişli şərait yaradır.
2025-ci ilin yanvar-mart aylarında torpaq mülkiyyətçiləri bu imkanlardan səmərəli istifadə etmişdir. 2025-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatında ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 12494,0 min manat olmuşdur ki, onun da 2,7 faizini (331,9 manat) bitkiçilik və 97,3 (12162,1 manat) faizini isə heyvandarlıq məhsulları təşkil edir. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə ümumi məhsul istehsalı müqayisəli qiymətlərlə 3,2 faiz artmışdır.
Hesabat dövründə 613,3 ton ət (diri çəkidə), 6693,8 ton süd və 5045 min ədəd yumurta istehsalı olunmuşdur.
01.04.2025-ci il tarixinə Kənd təsərrüfatı müəssisələrində, fərdi sahibkar və ev təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı 28280 baş, ondan ana inək və camışların sayı 14017 baş, qoyun və keçilərin sayı isə 118282 baş olmuşdur.
2025-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatının bitkiçilik bölməsi üzrə məlumatların təhlili göstərir ki, rayon üzrə bəzi bitkiçilik məhsullarının əkin sahələri genişləndirilmişdir. 2024-ci ilin yanvar-mart ayları ilə müqayisədə qarğıdalı, çuğundur, yem bitkiləri, cəmi meyvə və üzümlüklərin əkin sahəsi artırılmışdır. Beləki, ötən ilin eyni dövrü ilə müqayisədə rayonun ənənəvi əkin sahəsi olan pambıq bitkisinin istehsalçılar tərəfindən yenidən əkin işlərinə başlanılmışdır.
Füzuli rayonu üzrə 2025-ci ilin məhsulu üçün 01 aprel 2025-ci il vəziyyətinə 41044,6 hektarda əkin işləri aparılmışdır ki, bunun da 38612,0 hektarı payızlıq, 2432,6 hektarı yazlıq əkin sahəsidir. Payızlıq əkin sahəsinin 25194,0 hektarı buğda, 13268,0 hektarı arpa, 150,0 hektarı isə yaşıl yem, yəni xəsil sahələridir. Yazlıq əkin sahəsinin isə 311,3 hektarı arpa, 611,5 hektarı qarğıdalı (dən üçün) , 908,8 hektarı çoxillik yem bitkiləri, 151,0 hektarı pambıq, 112,0 hektarı kartof, 141,0 hektarı tərəvəz, 191,0 hektarı şəkər çuğunduru, 6,0 hektarı isə bostan bitkilərinin payına düşür.
Yazlıq əkin işləri hal-hazırda davam etdirilir.
Füzulin Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi: Anar Əlizadə