Misirin paytaxtı Qahirədə keçirilən 4-cü D-8 Turizm Nazirləri Toplantısı çərçivəsində keçirilən “2025 D-8 Turizm Şəhər Mükafatının rəsmi elan və izahı” sessiyasında Türkiyənin Antalya şəhəri ilin turizm şəhəri seçilib.
Vətəninfo.az xəbər verir ki, mükafat Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoya Misirin Turizm və Antiqutları Naziri Farifthi tərəfindən təqdim edilib.
Antalya D-8 təşkilatının ilk “İlin Turizm Şəhəri” olaraq tarixə düşüb. Bu təcrübəni ənənə halına gətirərək, hər il D-8 üzvü olan ölkələrdən bir şəhəri bu ada layiq görərək fərqli istiqamətləri ön plana çıxarmaq hədəflənir.
Mükafat mərasimindən sonra çıxış edən nazir Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy Türkiyə Cümhuriyyəti adından 2025-ci il üçün D-8 İlin Turizm Şəhəri olaraq Antalyanı seçdiyi üçün D-8 üzvü olan bütün ölkələrə təşəkkür edib.
Antalyanın Türkiyənin uzunmüddətli turizmə bağlılığının simvolu olduğunu vurğulayan Ersoy, “Bu, bizim üçün böyük bir şərəf deyil, həm də Antalyanın bənzərsiz təbii gözəlliklərinə, zəngin mədəni irsinə və müasir turizm infrastrukturuna verilən qiymətdir” deyə bildirib.
Aralıq dənizi sahilində Türk Rivierası kimi tanınan Antalyanın 2024-cü ildə təmiz suları, qədim xarabalıqları və isti qonaqpərvərliyi ilə 17 milyondan çox ziyarətçiyə ev sahibliyi etdiyini bildirən Ersoy, Antalyanın 2025-ci ildə D-8 turizminin ruhunu və potensialını ən yaxşı şəkildə təmsil edəcəyinə inandığını söyləyib.