"Yeni Klinika"da bəzi xidmətlərin özəlləşdiriləcəyi ilə informasiyalar yayılmaqdadır.
Sitat.info-ya daxil olan məlumata görə, bu ayın sonunadək özəlləşdirmə prosesinin sona çatacağı və pullu xidmətlərin siyahısının müəyyən olunacağı gözlənilir.
2020-ci ildən TƏBİB-in nəzdində fəaliyyət göstərən "Yeni klinika"da artıq bəzi şöbələrdə bu prosesə başlandığı iddia edilir. Belə ki, əvvəllər icbari sığorta ilə həyata keçirilən xidmətlərin bəziləri pullu olacaq.
Məsələni dəqiqləşdirmək "Yeni klinika"nın mətbuat xidmətinə sorğu göndərdik.
Bundan əlavə son vaxtlar "Yeni klinika" ilə bağlı son vaxtlar redaksiyamıza şikayətlər də daxil olmaqdadır. Narazılıqlar xüsusilə baş həkim Barat Yusubovla bağlıdır. Şikayətlərlə bağlı klinikaya sorğu göndərdik və cavablar daxil olduqdan sonra mövzunu davam etdirəcəyik.
Sitat.info