Bakı. Trend:
“S&P Global Ratings”in proqnozlarına görə, Avropa, YaxınŞərq və Afrika (EMEA) regionundakı əksər inkişaf etməkdə olanbazarlar (EMs) banklar üçün müflislik çərçivələrinin tətbiqinəehtiyatlı yanaşmalarını davam etdirəcəklər.
Bu barədə Trend “S&P"dən məlumat əldə edib.
Qeyd edilib ki, Azərbaycan və Qazaxıstan, tənzimləmə vənəzarətin keyfiyyətini artırmaq üçün islahatlar həyatakeçirirlər:
"Digər ölkələrdə isə şəffaflığın olmaması, dəyişkəninstitusional mühit və siyasi müdaxilələr qiymətləndirməmizə təsiredən amillər sırasındadır. Buna görə də, bu ölkələrinəksəriyyətində və hüquqi müflislik çərçivəsinin mövcud olmadığıhallarda, tənzimləyicilərin bank böhranları ilə mübarizə aparmaqüçün həll yollarından istifadə etməyə davam edəcəklərinigözləyirik. Məsələn, bəzi ölkələrdə bankların minimum kapitaladekvatlığı tələblərini uzun müddət pozaraq fəaliyyət göstərməsinəicazə verilir. Həmçinin bəzi ölkələrdə çətinlik yaşayan banklaramüdaxilə etmək və birbaşa tədbir görmək üçün tənzimləyicilərəsəlahiyyət verən hüquqi çərçivənin gücləndirilməsinə ehtiyac olabilər".
“Beynəlxalq tənzimləmələrin ilk tətbiq edənlərindən olan bəziinkişaf etməkdə olan bazarlar (EMs) hələ də müflislik çərçivəsinintətbiqini gecikdirirlər və bizim fikrimizcə, bu, onların banksistemləri üçün ciddi nəticələrə səbəb ola bilər", - məlumatdabildirilir.
“Biz həmçinin Mərkəzi Asiya və Qafqaz regionunda bəzi ölkələrinmüflislik çərçivələrinin qəbuluna doğru addımlar atdıqlarınınfərqindəyik — bunlar arasında Azərbaycan və Qazaxıstan kimi bəziölkələr digərlərindən daha irəlidədir. Digər ölkələrə gəldikdə isə,əgər onlar da bu istiqamətdə addım atmağa qərar versələr, hesabedirik ki, bu çərçivələrin qəbul edilməsi xeyli vaxt ala bilər.
Gürcüstan da müflislik çərçivəsini qəbul etməyə qərar verənölkələrdən biridir. Ölkə artıq müflislik fondu yaradılması iləbağlı qanunvericiliyi qəbul edib və ölkənin üç sistem əhəmiyyətlibankı üçün minimum kapital və uyğun öhdəliklər (MREL) tələblərinitətbiq edib. Həmçinin, Mərkəzi Bank daxilində Müflislik və LəğvetməŞöbəsinə resurslar ayrılıb və müflislik çərçivəsinin tətbiqinəbaşlanılıb”, - məlumatda qeyd olunub.