AZ

Pakistan hansı raket və bunker dağıdan bombalarla vurulub?

Hindistan ordusu Pakistan ərazisinə endirdiyi zərbələr zamanı bir sıra silahlardan, o cümlədən 250 kilometrdən çox uça bilən SCALP qanadlı raketlərindən də istifadə edib.

Bu barədə NDTV kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hücumda həmçinin "Hammer" idarəolunan bombalardan da istifadə edilib. Bu cür güclü bombaları möhkəmləndirilmiş bunkerlərə və çoxmərtəbəli binalara atırlar.

Xatırladaq ki, Hindistan Pakistan ərazilərini bombalayıb. Belə ki, dünən Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan edib. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.

22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.

Aprelin 30-da isə Pakistanın İnformasiya və Yayım Naziri Attaullah Tarar bəyan etdi ki, İslamabadda Pahalqam hadisəsindən yalan dolu bəhanələr kimi istifadə edilərək Yeni Dehlinin hərbi zərbələr endirməyi planlaşdırdığına dair etibarlı məlumat var. Tarar vurğulayıb ki, Pakistan istənilən təcavüz aktına qəti cavab verəcək.

Tural

Seçilən
0
news365.az

1Mənbələr