"Neftçi" klubunun yarımmüdafiəçisi Elvin Camalov Misli Premyer Liqasının növbəti 2 turunda iştirakdan məhrum edilib.

Offsideplus.az xəbər verir ki, futbolçu çempionatın XXXIII turunda “Kəpəz”lə ev matçındakı hərəktinə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

O, oyunun 70-ci dəqiqəsində ciddi qayda pozuntusu səbəbindən birbaşa qırmızı vərəqə alıb.

Qərara əsasən, “Neftçi” 1500 manat cərimə ödəməlidir.