AZ

Yunan nazirdən Türkiyə etirafı: Güclü bir elementdir

Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis Türkiyənin müstəqil müdafiə sənayesi ilə həm regional, həm də beynəlxalq miqyasda güclü bir element olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, Yerapetritis “To Vima” qəzetinə Yunanıstanın xarici siyasəti ilə bağlı qiymətləndirmələr edib.

O bəyan edib ki, ABŞ NATO-ya dəstəyini azaltsa, Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə qabiliyyətini gücləndirməsi lazım gələcək. Bu da Avropanın müdafiə sahəsində müstəqil olması üçün bir fürsət ola bilər.

Yerapetritis müstəqil Avropa müdafiəsində Türkiyənin yeri məsələsinə də toxunub:

"Türkiyə müstəqil müdafiə sənayesi ilə həm regional, həm də beynəlxalq miqyasda güclü bir elementdir, NATO-nun ortağıdır. Buna görə də transatlantik alyansda müttəfiqimizdir. Aİ-yə üzvlük prosesində bir ölkədir. Bütün bunlardan irəli gələn müəyyən məsuliyyətləri var".

Seçilən
0
publika.az

1Mənbələr