Rusiyanın “S7 Airlines” aviaşirkəti Domodedovo hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi ilə əlaqədar bir sıra reysləri ləğv edib.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
"Rusiyanın bəzi aeroportlarında hava məkanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq “S7 Airlines” uçuş cədvəlində operativ şəkildə düzəlişlər etməyə məcburdur. Aviaşirkətin Domodedovo hava limanındakı reyslərinin bir hissəsi ləğv edilib, bəzi reyslər ehtiyat aerodromlara yönləndirilib", - məlumatda qeyd olunub.