AZ

Azərbaycan şahmatçısı komandalararası dünya çempionatında çıxış edəcək

Bakı, 7 may, AZƏRTAC

Bu il iyun ayında İngiltərənin paytaxtı London şəhərində rapid və blits üzrə komandalararası dünya çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Rauf Məmmədov da iştirak edəcək. 37 yaşlı qrosmeyster mundialda "Freedom" ("Azadlıq") komandasının heyətində mübarizə aparacaq.

On iti zəka sahibindən ibarət kollektivdə R.Məmmədovla yanaşı, Vişvanatan Anand (Hindistan), Le Kuanq Lyom (Çin), Emil Sutovski (İsrail) və Anna Muzıçuk (Ukrayna) kimi tanınmış adlar da yer alacaqlar.

Qeyd edək ki, dünya çempionatı iyunun 10-dan 16-dək təşkil olunacaq.

 

Seçilən
0
3
azertag.az

4Mənbələr