Bölgə təmsilçisi stadionuhazır olana qədər Bakıda oynamaq variantını nəzərdən keçirir. Bu məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat katibi Bəhruz Musayevlə əlaqə saxladıq:
“Mayın 15-dən stadionda təmir başlayır. Həm qazon dəyişəcək, həm də başqa işlər görüləcək. Bakıda oynamaq məsələsi hardan çıxıb - bilmirəm. Bizim Bakıda oynamaq fikrimiz yoxdu. Bizə yaxın rayonlar - Qəbələ, Gəncə, Tovuz var. Stadion təmirdən gec çıxsa, bu bölgələrdən birinə üz tutacağıq. Azarkeşlərimizin gəlməsi bizim üçün vacibdi. Əsas hədəf oyunlarımızı Yevlaxda keçirməkdi. Yevlaxdan kənarda oynamaq azarkeşlərimizə xəyanətdi”.
MÜZƏFFƏR QULUZADƏ