AZ

Vyetnam parlamentinin sədri Paşinyana qadın yaylığı bağışladı: Qiyməti də açıqlandı

Aprelin 4-də Nikol Paşinyan Ermənistanda rəsmi səfərdə olan Vyetnam Milli Assambleyasının sədri Çan Than Manomun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti mövzunu inkişaf etdirərək yazıb.

“Nümayəndə heyəti Paşinyanla görüşə əliboş gəlməyib. Rəsmi mənbələrdən öyrəndik ki, Çan Paşinyana qadın yaylığı hədiyyə edib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim edilmiş “Dövlət vəzifəsini tutan şəxsə hədiyyələrin rəsmiləşdirilməsi blankı”na əsasən yaylığın dəyəri 45 312 dram təşkil edib.

Bambukdan hazırlanıb və dekorativ qutuda gətirilib. Bundan əlavə, Manom Paşinyana Vyetnam Milli Assambleyasının metaldan hazırlanmış binasının 3D modelini hədiyyə edib. Onun qiyməti 45.000 dramdır.

Seçilən
0
3
publika.az

4Mənbələr