AZ

Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb

Mayın 7-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə 4 ballistik raket və 142 pilotsuz uçuş aparatı atıb.

XəzərNews.azxəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bu gün səhər Telegram-da yazıb.

Zelenski Kiyevin atəşə tutulması zamanı kimin öldüyünü açıqlayıb (əvvəllər iki qurbanın olduğu bildirilirdi).

“Ölənlər qadın və onun oğludur”, - deyə dövlət başçısı qeyd edib.

Axşam saatlarından etibarən işğalçılar Zaporojya, Donetsk, Jitomir, Xerson və Dnepr vilayətlərinə hücum ediblər.



Xəbər 3 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr