AZ

Xətai rayonunda avtomobil piyadanı vurub

Bakı. Trend:

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən qəzadaavtomobil yolu keçid olmayan yerdən keçən ana və övladınıvurub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Mərkəzin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov bildirib ki,müşahidə kameralarının qeydə aldığı bu cür yol-nəqliyyathadisələrinin görüntülərini mütəmadi olaraq ictimailəşdirməkdəməqsəd yol hərəkəti iştirakçılarını maarifləndirməkdir:

"Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən bu qəzada hər bir piyada üçün pis nümunədir. Müşahidələr göstərir ki,piyada qismində olan bəzi valideynlər özləri ilə yanaşı,övladlarının da həyatını təhlükəyə atırlar. Təəssüflər olsun ki,belə olan hallarda da qəzaların, xüsusilə də uşaqların vəvalideynlərin ölümü və yaxud xəsarətilə nəticələnən yol-nəqliyyathadisələrinin baş verməsi qaçılmaz olur".

O bildirib ki, ötən il paytaxt yollarında 240 piyada vurmahadisəsi baş verib. Bu qəzalar zamanı dünyasını dəyişən 111piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurmaqəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarətalıb.

"Qəzaların baş verməsinə səbəblər isə, demək olar ki,eynidir:

1. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək;
2. Yol nişanlarının tələblərinə diqqət göstərməmək;
3. Bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi;
4. Bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyətverməməsi;
5. Piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolukeçməsi və s.

Bütün piyadaları qaydalara riayət etməyə, valideynləri isə buməsələdə daha diqqətli olmağa çağırırıq. Valideynlər unutmasınlarki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının dagələcəyidir", - deyə Ö.Xıdırov qeyd edib.

Seçilən
0
8
az.trend.az

2Mənbələr