Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ziya Əliyev sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, uzun müddət AMB-də baş direktor vəzifəsində çalışmış Z. Əliyev bu ilin fevralında sədrin müşaviri təyin olunmuşdu.