Fazil MUSTAFA
***
Dönə-dönə xahiş edib bir tədbirə çağırıblar. Protokolun birincı sıralamasına baxıram bütün adlar və soyadlar yazılıb, bəndənizinki, yox. İkinci sıralamada da görmürəm.
Əlbəttə, heç yerdə status və ya protokol kaprizi etmərəm, ancaq rəsmi şəxs kimi dəvət olunduğum məkanda ən azı bunu sorğulamaq məqsədəuyğundur. Bu məqamda bir söz söyləyirəm və özümə də xoş gəldiyi üçün burada yazıram:
Gözəl qardaşım, mən boş yerləri doldurmaq üçün doğulmamışam, boş beyinləri doldurmaq üçün bu dünyada varam. Gözləyin, indi boş yerləri doldurmağa uyğun adamlar gələcək, yerləşdirərsiniz.
P.S. Yazı müəllifin sosial media hesabından götürülüb.
MİA.AZ