AZ

Pakistan hərbi əməliyyatların dayandırılması üçün şərtləri açıqlayıb

Hindistanın “Sindur” əməliyyatı dayandırılacağı təqdirdə Pakistan hərbi əməliyyatları dayandırmağa hazırdır. Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg” agentliyinə müsahibəsində bu şərtləri adlandırıb.

"Hindistan geri çəkilərsə, biz mütləq hərbi əməliyyatlarımızı azaldacağıq. Amma nə qədər ki, bizə hücum edilir, cavab verməli, özümüzü müdafiə etməli olacağıq", - Asif vurğulayıb.

Pakistan Müdafiə Nazirliyi mayın 6-da axşam saatlarında Hindistandan ölkə ərazisinə raket zərbəsi endirilməsi barədə məlumat yayıb. Xidmətlərarası İctimai Əlaqələr (ISPR) direktoru general-leytenant Əhməd Şərif Çaudri hücumu “alçaqlıq və qorxaqlıq” adlandırıb.

Almaz Həsənli

Seçilən
0
oxumeni.az

1Mənbələr