Sosial şəbəkələrdə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” – “Barselona” (4:3) matçından qalmaqallı bir epizod yayılıb.
Publika.az xəbər verir ki, ilk hissədə, baş hakim Şimon Marçinyak və televiziya tamaşaçıları Hakan Çalhanoğlunun qolundan öncə VAR təkrarlarına baxdığı anlarda, “Barselona”nın müdafiəçisi İnyiqo Martines “İnter”in oyunçusu Françesko Açerbi istiqamətində tüpürüb. Bu hadisə hakimlərin diqqətindən kənarda qalıb. Bu barədə "Daily Mail" məlumat yayıb.
Hadisəyə qəzəblə reaksiya verən Açerbini komanda yoldaşları və “Barselona”nın yarımmüdafiəçisi Pedri sakitləşdirməyə çalışıb.
Məhz bu insident fasilədən bir qədər əvvəl komandalar arasında yaranan gərginliyin və toqquşmanın əsas səbəblərindən biri hesab olunur.